ABŞ-dan gələn avtomobil tarixini necə yoxlamaq olar?

İkinci əl avtomobil alarkən onun tarixini maksimum tam öyrənmək vacibdir. Maşın YNH iştirakçısı olubmu, sizə qədər neçə sahibi olub, real yürüşü nə qədərdir, harada və necə xidmət göstərilib və s. Bunu avtomobili yerində aldığınız halda edə bilərsiniz. Bəs sizdən minlərlə kilometr məsafədə, Amerikada olan avtomobilin tarixini necə yoxlamaq olar? Bunun bir neçə üsulu var.

Carfax texniki hesabatı

Amerikadan gələn avtomobilin tarixinin birinci və ən mühüm yoxlanma aləti kimi CarFax texniki hesabatı xidmət edir. Karfaks – ötən əsrin 70-ci illərində yaradılmış, Amerika Birləşmiş Ştatları və Kanada ərazisində istismar edilən tamamilə bütün avtomobillərə dair məlumatların daxil edildiyi milli verilənlər bazasıdır. Karfaks avtomobil sahiblərinin sayını, hansı şəkildə istismar edilməsi, harada xidmət göstərilməsi, yürüşünün nə qədər olması, maşının YNH-də olub olmadığını və s. öyrənmək olar. Bir sözlə, Carfax texniki hesabatı – maşına dair istəyən hər kəs üçün əlçatan olan tam informasiya məcmusudur. Carfax hesabatının nədən ibarət olmasına dair daha ətraflı burada oxuya bilərsiniz.

Lakin, Karfaks avtomobilin əsl vəziyyətini tam şəkildə açmayan sırf konspektləşdirilmiş informasiyadır. Bundan başqa, nəzərə almaq lazımdır ki, Carfax hesabatına konkret avtomobil üzrə mövcud olan bütün informasiya düşməyə bilər. Nəzərə alınmalıdır ki, maşına dair həqiqi tarixi siz yalnız o halda ala bilərsiniz ki, hərracda avtomobil sığorta şirkətinin adından satılır. Xüsusi dilerlərdən maşın almaq risklidir, çünki məhz “xüsusi dilerlərin” “kukla” satmağa çalışa və ya maşın Azərbaycana gəldikdən sonra məlum olacaq hər hansı bir mühüm informasiyanı gizlədə bilərlər. Bu cür vəziyyətdə başqa üsullarla özünü sığortalamaq lazımdır.

Vin-koda malik olmaqla fotoşəkillər əsasında avtomobil axtarışı

Avtomobilin tarixini müstəqil şəkildə də yoxlamaq olar. Avtomobilin fotoşəkillər əsasında axtarışı yalnız maşının bu vaxta qədər YNH-ya düşməməsinə əmin olmaq və ya təmirə qədər hansı vəziyyətdə olmasını öyrənmək istədiyiniz halda tətbiq edilir. Bu metod “kuklaların” aşkar edilməsi üçün çox faydalıdır. Bunun üçün lazın olan yeganə şey avtomobilin vin-kodudur. Vin-kodun nə olduğunu bu link üzrə keçid etməklə oxuya bilərsiniz, avtomobilin üzərində onun harada olması haqqında isə burada oxuyun.

Hərraclarda istənilən elanda vin-kod həmişə müəyyən sətirdə verilir.

Vin-kod mütləq qaydada göstərilir

Vin-kod mütləq qaydada göstərilir

 

Üzərində vin-kod olan fotoşəkil istənilən qalereyada olmalıdır

Üzərində vin-kod olan fotoşəkil istənilən qalereyada olmalıdır

Vin-kodu axtarış sətrinə daxil edib və axtar basmaqla, “şəkillər” əlavəsinə keçin və axtarış sisteminin verdiyi fotoşəkillərə diqqətlə baxın. Hazırkı satışdan əvvəl çəkilmiş fotoşəkillər aşkar edəcəyiniz tam mümkündür. Bəzən siz maşının YNH-dən sonra ilkin vəziyyətdə olan fotosunu aşkar edə və ya maşının ilk dəfə satılmadığını başa düşə bilərsiniz. Həmçinin müəyyən avtomobilin bütün fotoşəkillərinin toplandığı fotohesabat sifariş etmək olar.

Avtomobilin hərracda mütəxəssislər tərəfindən yoxlanmasının sifarişi

Amerikada satış meydançasında olan avtomobili vəziyyətinə əmin olmağın daha bir üsulu – hərrac mütəxəssisi tərəfindən yoxlamanın sifariş edilməsidir. Bu, qiyməti $250-300 olan ödənişli xidmətdir. Mütəxəssis konkret avtomobili yoxlama vərəqi əsasında yoxlayacaq və maşının vəziyyətinə dair rəy verəcək. İlk baxışdan çox faydalı opsiyadır, lakin burada da iki məqamı nəzərə almaq lazımdır.

Birincisi, yoxlama vərəqi – maşının TXS-də total yoxlanmasıdır. Heç kəs onu qaldırıcı ilə qaldırmayacaq və ya “quyuya” sürməyəcək. Mütəxəssis güc konstruksiyasının tamlığını, mühərrik və sürət qutusunun iş qabiliyyətini, sensorların işini və s. yoxlaya bilər. Amma ətraflı yoxlamaq üçün heç yerə sürə bilməyəcək.

İkincisi, bu yoxlamaq maşına dair hərracın başlanmasından əvvəl yerinə yetiriləcək. Və sizin bu lotu udacağınız heç də fakt deyil. Və bu zaman yoxlanmaya sərf olunmuş pullar boş yerə gedəcək.

Amma dəqiq razı qalacağınız daha bir metod da var…

ABŞ-dan avtomobili AuctioAuto şirkəti vasitəsilə almaq

ABŞ-dan Azərbaycana AuctionAuto şirkəti vasitəsilə avtomobil almaqla, siz birmənalı olaraq özünüzü potensial problemlərdən sığorta etmiş olacaqsınız. Və bu sadəcə söz deyil. Şirkətimiz 2003-cü ildə avtomobillərin gətirilməsi ilə məşğul olur. Bu dövr ərzində bir çox ölkələrdə filiallarımızdan təxminən 600 min avtomobil keçib. Şirkətimizin strukturunda kifayət qədər uzun müddət ərzində avtomobillərlə məşğul olmuş və olan yalnız təcrübəli insanlar işləyir və onlar bu işdə böyük təcrübəyə malikdirlər.

ABŞ-dan avtomobillərin tarixinin və onların vəziyyətinin yuxarıda təsvir olunmuş yoxlanması metodları yalnız aysberqin görünən tərəfidir. Ən maraqlısı, həmişə olduğu kimi, gizli qalır. Biz müştərilərimiz üçün aldığımız avtomobillərin yoxlanması metodları haqqında danışa bilmərik, çünki bu sistem bizim əqli mülkiyyətimizdir. Amma biz zəmanət verə bilərik ki, müştərilərimizə tövsiyə etdiyimiz avtomobil birmənalı olaraq diqqətə layiqdir. Bizim vəzifəmiz maşını istənilən qiymətə satmaq deyil, müştərilərimizdən hər biri üçün real yaxşı avtomobil tapmaqdır. Bizim üçün reputasiya və bekqraund puldan daha vacibdir.

Bizə müraciət edin və ABŞ-dan yalnız təmiz tarixli və yaxşı vəziyyətdə olan keyfiyyətli avtomobillər alın.

Заказать подбор автомобиля из США

Auksionda yeni təkliflər
Sosial şəbəkələrdə biz
Sonuncu qeydlər