Gürcüstandan avtomobillər: Amerikadan eyni avtomobil, bəzən daha bahalı

Azərbaycanda yeni və ikinci il avtomobillərin gömrük rəsmiləşdirilməsinə hədsiz tariflərin tətbiq edildiyi 2015-ci ildən sonra ölkəmizin avtomobil bazarı şok vəziyyətində donub qalmışdır. Yeni avtomobillərin gətirilməsi sadəcə qeyri-rentabelli olmuş, ikinci əl avtomobillər isə əsl dəbdəbəyə çevrilmişdir, çünki hətta onların da gömrük rəsmiləşdirilməsi çox böyük məbləğlərə başa gəlirdi. Və hökumətin vəziyyəti yaxşı tərəfə dəyişməyə çalışmasına baxmayaraq, tariflər əvvəlki kimi çox yüksək olaraq qalmaqdadır. Buna baxmayaraq, azərbaycanlılar hazırkı vəziyyətə getdikcə uyğunlaşmış və avtomobilin hədsiz qiymətə başa gəlməməsi üçün vəziyyətdən çıxış yolları axtarmağa başlamışlar.

Gürcüstan nömrəli avtomobillər

Avtomobilin alınması zamanı ən populyar qənaət metodu onların Gürcüstandan alınmasıdır. Bu cür avtomobillər Azərbaycan ərazisinə tranzit statusunda gətirilir, müəyyən edilmiş bir aylıq müddət bitdikdən sonra isə təkrar sərhədi keçərək, tranzit dövrünü yeniləyirlər. Bu isə ayda təxminən 50 manata başa gəlir.

Bu metod xaricdən və ya daxili bazarda yeni və ya işlənmiş avtomobil almaq iqtidarında olmayanlar üçün ideal variant kimi görünə bilər. Amma burada bu cür maşının sahibinin istər maliyyə baxımından, istərsə də inzibati məsuliyyət planında çoxlu problem qazanmasına səbəb ola biləcək çoxsaylı risklər gizlənir.

Niyə görə Gürcüstan avtomobilləri – panaseya deyil, sirr qutusudur

İlk baxışdan Gürcüstan avtomobil bazarı avtomobilçilər üçün sadəcə cənnət kimi görünə bilər. 4 milyon nəfərdən bir qədər az əhalisi olan bu kiçik ölkə 13 milyon avtomobildən ibarət avtoparka malikdir. Fərdi istifadədə olan nəqliyyat vasitələri kütləsi arasında ABŞ-dan olan avtomobillər üstünlük təşkil edir. Gürcüstanlı avtodilerlər artıq bir neçə ildir ki, xaricdən avtomobilin gömrük rəsmiləşdirilməsi zamanı demokratik tariflərdən yararlanırlar ki, bu da onlara avtomobilləri çox sərfəli qiymətlərlə gətirməyə və gömrük rəsmiləşdirilməsini həyata keçirməyə imkan verir. Məhz bu Gürcüstanı Avropadakı hərraclar vasitəsilə ABŞ avtomobillərinin əsas alıcısına çevirir.

Amma burada bir böyük nüans var. Gürcüstan çoxdan ölkəyə gəldikdən, tezbazar təmirdən və “ənlik-kirşandan” sonra tamamilə başqa sous altında satışa daxil olan suda batmış, kukla adlandırılan avtomobillər və digər aşkar avtomobil tullantısının əsas alıcısı kimi qəbul edilmişdir.

“Suda batmış” və “kukla” avtomobilləri almağın düzgün olmaması mübahisə obyekti deyil. Amma həm birinci, həm də ikinci variant alıcı üçün əsl dəhşətə çevrilə bilər, belə ki, ən yaxşı halda təmirə çox böyük pul tələb edə, ən pis halda isə ümumiyyətlə bərpası mümkün olmayan ola bilər. Bu cür avtomobili aldıqdan sonra, siz artıq heç bir şey sübut edə və ya sərf olunmuş pulu hansısa şəkildə kompensasiya edə bilməyəcəksiniz.

Buna görə də, Gürcüstan bazarında, xüsusilə də ABŞ-dan avtomobil alarkən olduqca diqqətli olmaq lazımdır, maşının vəziyyətinin əsas indikatoru kimi isə onun qiyməti xidmət edəcək: Gürcüstanda yaxşı avtomobilə görə müvafiq məbləğdə pul tələb ediləcək. Təbii ki, maşın Azərbaycanda olduğundan ucuz olacaq, amma bir neçə min dollara başa gəlməyəcək.

Hansı alternativ var?

“Gürcü pişiklərinin” alternativi ABŞ-dan Azərbaycana sınanmış şirkətlər vasitəsilə avtomobilin gətirilməsidir. Düzdür, bu cür avtomobil həqiqətən də Gürcüstandan daha başa olacaq, çünki onu istənilən halda gömrük rəsmiləşdirməsindən keçirmək, təmir etmək və s. lazım olacaq, lakin bu cür maşın daha təhlükəsiz, texniki olaraq daha yaxşı və həmçinin Azərbaycan bazarındakı analoqlarından nəzərəçarpacaq dərəcədə ucuz olacaq.

AuctionAuto şirkəti 2003-cü ildən ABŞ-dan ikinci əl avtomobillərin gətirilməsi ilə məşğul olur. Bu vaxt ərzində biz avtomobil seçməyi öyrənmişik və gətirdiyimiz avtomobilin keyfiyyətli, təmiz tarixli, real yürüşlü və çox yaxşı vəziyyətdə olacağına zəmanət verə bilərik.

Biz Amerikanın ən iri Copart, IAAI və Manheim hərraclarında işləyir, avtomobilin transferi üzrə tam xidmət spektri göstərir, bütün zəruri sənədləri rəsmiləşdirir və müştərini əqdin məntiqi bağlanması anınadək müşayiət edirik. Bizimlə siz “suda batmış” və ya “kukla” avtomobil almayacaqsınız. Yadda saxlayın ki, xəsis iki dəfə xərcə düşür. Səhv etməyin və peşəkarlara etibar edin.

Заказать подбор автомобиля из США

Auksionda yeni təkliflər
Sosial şəbəkələrdə biz
Sonuncu qeydlər