AMERİKADA MAŞININ ALINMASI. Bu necə işləyir. ABŞ-da avtomobilin alınması prosesi haqqında daha ətraflı.

Amerikanın sığorta hərraclarında işlənmiş avtomobilin alınmasının bütün mərhələləri. Avtomobilin seçimi, hərracda iştirak, maşının Azərbaycana çatdırılması, gömrük rəsmiləşdirilməsi necə baş verir? Amerikada avtomobili sərfəli necə almaq olar?

ABŞ-da maşın necə alınır. Prosesin bütün mərhələləri.

ABŞ-da maşın necə alınır. Prosesin bütün mərhələləri.

Sığorta hərracında avtomobilin alınması dəqiq alqoritm üzrə baş verən çoxmərhələli prosesdir. AuctionAuto şirkəti istər ayrı-ayrı mərhələlər üzrə, istərsə də bütün prosesin ilk məntəqədən son məntəqəyədək yerinə yetirildiyi "açar təhvil" şərtləri ilə işləyir. Daha dəqiq desək: tələblər və büdcəyə uyğun peşəkar seçim, hərraclarda iştirak, sənədlərin rəsmiləşdirilməsi, broker və ekspeditor xidmətləri, çatdırılma, gömrük rəsmiləşdirilməsi, ehtiyat hissələrinin seçilməsi və axtarışı, təmir.

Ümumilikdə, ABŞ-dan hərracda avtomobilin alınması aşağıdakı şəkildə baş verir:

  • Müştərinin sorğu və büdcəsinə uyğun avtomobilin axtarışı və seçilməsi
  • Təmir xərcləri də daxil olmaqla, Azərbaycanda maşının tam dəyərinin hesablanması
  • Avtomobilin tarix və vəziyyətinin yoxlanılması
  • Müştərinin adından hərracda iştirak
  • Avtomobilin Azərbaycana çatdırılmasının təşkili
  • Sənədlərin rəsmiləşdirilməsi
  • Broker/ekspeditor xidmətləri
  • Gömrük rəsmiləşdirilməsi, sertifikatlaşdırma, təmir və qeydiyyata alınmada yardım

ABŞ-da avtomobili necə almalı. Mərhələlər.

Ən sadə variant "açar təhvil" xidmətini sifariş etməkdir. AuctionAuto şirkəti müştərinin istəyi və büdcəsinə uyğun ən münasib variantları seçir, avtomobilin vəziyyəti və tarixini yoxlayır, maşını alır, zəruri sənədləri rəsmiləşdirir, Azərbaycana transferi təşkil edir, gömrük rəsmiləşdirməsindən keçirir, sertifikatlaşdırır, təmir edir və avtomobili sürüb sifarişçinin ünvanına gətirir. Xidmət müqaviləsi bağlanmazdan öncə biz müştərini xərclərlə bağlı məlumatlandıraraq, avtomobilin tam dəyərini hesablayırıq.

 Dəyərin hesablanması və maşının axtarılması

Dəyərin hesablanması və maşının axtarılması

Müştəri ilə iş müştərinin büdcəsinin araşdırılmasından başlayır. Bu hansı avtomobili və hansı qiymət diapazonunda axtarmağı başa düşməyə imkan verir. Bunun əsasında menecerlər təmirin təxmini dəyəri də daxil olmaqla, satınalmanın təşkili üçün zəruri olan bütün xərclərin hesablanmasını aparır.

Avtomobilin seçilməsi ABŞ-ın bütün iri hərracları üzrə baş verir: Copart, IAAI, Manheim, CARS.com və s. Menecerin əsas vəzifəsi - qaranlıq tarixi olmayan və minimal zədələrə malik keyfiyyətli avtomobil tapmaqdır. Lakin müştəri həmçinin bizim tərəfimizdən təkrar yoxlanılacaq, alınacaq və çatdırılacaq avtomobili müstəqil şəkildə də seçə bilər. Amma bu avtomobil şübhə doğurarsa, müştəri bu barədə xəbərdar olunacaq. İstənilən halda, avtomobilin alınmasına dair son söz həmişə müştərinindir. Bütün proses həm ofisdə müştərinin şəxsi iştirakı ilə, istərsə də distansion aparıla bilər. İkinci halda, sifarişçiyə prosesi internet vasitəsilə müşahidə etmək imkanı veriləcək. Şirkət və müştəri arasında qarşılıqlı fəaliyyətin daha bir üsulu - Viber, Telegram və s. messencerlərdir. Biz sadəcə dəyərini tam hesablamaqla maraqlı variantları sizə göndərəcəyik.

Bundan başqa, sizin hərracın səhifəsində avtomobili müstəqil şəkildə seçmək imkanınız var.

Maşının yekun dəyərinə avtomobilin hərracda qiyməti, çatdırılması, gömrük rəsmiləşdirilməsi, sənədlərin rəsmiləşdirilməsi, broker/ekspeditor xidmətləri, gömrük rəsmiləşdirilməsi, sertifikatlaşdırılması və ilkin təmir dəyəri də daxil olmaqla, bütün maliyyə xərcləri daxildir. Beləliklə də, müştəri avtomobilin ona neçəyə başa gələcəyini əvvəlcədən başa düşür və hələ hərrac başlamazdan öncə düşünülmüş qəti qərar qəbul edə bilir.

Alınmazdan öncə avtomobilin hərtərəfli yoxlanılması

Alınmazdan öncə avtomobilin hərtərəfli yoxlanılması

Konkret avtomobillə bağlı hərraca daxil olmazdan öncə menecer avtomobilin təmiz tarixə malik olması və vəziyyətinə əmin olmaq üçün onu hərtərəfli yoxlamalıdır. Yürüş, sahiblərinin sayı ilə bağlı məlumatlar, avtomobilin YNH, qaçırılma, vandalizm aktlarında və s. iştirakı yoxlanılır. Menecer avtomobili tam yoxlamayana qədər onu müştəriyə təklif etmək hüququna malik deyil.

Avtomobilin yoxlanması fotoşəkillərin nəzərdən keçirilməsindən başlayır. Bu mərhələdə avtomobilin əvvəlki satışlar, vəziyyəti və s. ilə bağlı fotoşəkilləri axtarılır. Bu "kukla" adlandırılan - xüsusi dilerlər tərəfindən çox pis vəziyyətdə alınan, minimal xərc çəkməklə tez təmir olunan və yeni görünüşü ilə satışa çıxarılan avtomobillərin ələnməsi üçün edilir.

Vizual baxışdan sonra Carfax və Autocheck texniki hesabatı, eləcə də ətraflı fotohesabat sifariş olunur. Bu hesabatlarda maşının bütün tarixi: yürüşü, sahiblərinin sayı, maşına harada xidmət göstərilməsi, hansı işlərin aparılması, YNH-nin olması faktları, polis və sığorta şirkətlərinin protokolları və s. əks olunur. Bu hesabatlarda olduğundan daha çox məlumat öyrənmək mümkün deyil.

Menecer avtomobilin vəziyyəti və onun tarixinə əmin olduqdan sonra, maşını almaq və ya başqa variantın axtarışına başlamaqla bağlı qərar qəbul edir. Lakin müştəri konkret avtomobili əldə etmək istəyini ifadə edərsə, o başa düşməlidir ki, təmirlə əlaqədar mümkün əlavə xərclərlə bağlı riskləri öz üzərinə götürür. Bizim vəzifəmiz istənilən avtomobili satmaq deyil, müştəri üçün həqiqətən də yaxşı variantı tapmaqdır.

 Hərrac prosesi

Hərrac prosesi

ABŞ-dan avtomobilin alınmasının ən əsas mərhələsi hərracdır. Maşının qiymətinin ağlabatan həddi aşaraq, satınalmanın "pozulması" məhz bu mərhələdə baş verir. Amma biz işi müştəri üçün məhz onun istədiyi avtomobili almayana qədər davam etdiririk. Hərrac prosesinin özünü müştəri istər şəxsən bizim ofisdə, istərsə də distansion olaraq müşahidə edə bilir, çünki biz ona bu imkanı yaradırıq.

Artıq deyildiyi kimi, biz hərracı maşının ABŞ-da hərracdakı "maksimal" dəyərini nəzərə alaraq aparırıq ki, nəticədə maşın müştərinin hələ hərrac başlamazdan öncə qeyd edilmiş ümumi büdcəsinə sığsın. Hərracda maşının dəyərinin qeyd edilmiş "maksimumdan" kənara çıxdığı halda, biz alternativin axtarışına başlayır, ya da müştərinin razılığı ilə limiti aşırıq. Bəzən hərracda 5-10-cu cəhddən qalib gələ bilirik. Avtomobilin qiymətini əvvəlcədən son dollaradək proqnozlaşdırmaq praktik olaraq qeyri-mümkündür, çünki hərracda nə qədər iştirakçının olacağı məlum deyil.

Avtomobil hərracda alındıqdan sonra müştərimizin hərracda maşının haqqını ödəmək üçün üç sutka vaxtı var. Ödəniş bilavasitə hərracın hesabına istənilən rahat bankda SWIFT sistemi üzrə həyata keçirilir.

Avtomobilin ABŞ-dan Azərbaycana çatdırılması prosesi

Avtomobilin ABŞ-dan Azərbaycana çatdırılması prosesi

Avtomobilin ABŞ-dan Azərbaycana çatdırılması bir neçə mərhələdən ibarətdir. Avtomobilin udulması faktına görə o meydançadan ABŞ-ın ən yaxın çıxış limanına çatdırılır. Bundan sonra avtomobil konteynerə yüklənir və Poti limanına (Gürcüstan) üzür. Buradan maşını maşındaşıyan götürür və Bakıya aparır. Maşının ABŞ-dakı limandan uzaqlığından asılı olaraq Azərbaycana çatdırılma müddəti 8 - 10 həftə arası dəyişə bilər. Hava şəraiti ilə bağlı yubanmalar və ya yüklərin konsolidasiyasında yubanmalar olur. Təəssüf ki, son iki amilə bir heç bir şəkildə təsir göstərə bilmirik.

Çatdırılma qiyməti həmçinin ABŞ-da maşının uzaqlığı, eləcə də nəqliyyat vasitəsinin tipindən asılı olaraq da dəyişir. Sedan, kupe, heçbek, universal ban tipinə malik avtomobillərin çatdırılması krossover/yolsuzluq avtomobili, miniven və ya pikap ban tiplərindən daha ucuz başa gəlir. Çatdırılma qiymətini siz saytımızda quraşdırılmış xüsusi çatdırılma kalkulyatorunun köməyi ilə öyrənə bilərsiniz.

 Maşının gömrük rəsmiləşdirilməsi

Maşının gömrük rəsmiləşdirilməsi

Avtomobil Azərbaycana gəldikdən sonra o mütləq qaydada gömrük təmizlənməsindən keçməlidir. Gömrük rəsmiləşdirilməsi ölkəmizdə qüvvədə olan tələb və tariflərə uyğun baş verir. Gömrük təmizlənməsi yeni sahib tərəfindən bütün zəruri sənədlərin brokerdən alınması ilə başlayır ki, bu da öz növbəsində avtomobilin gömrük təmizlənməsi prosesinə start verir. Azərbaycanda gömrük rəsmiləşdirilməsinin qiymətini saytımızdakı gömrük rəsmiləşdirilməsi kalkulyatorunun köməyi ilə öyrənə bilərsiniz.

 Biznesin inkişafı üçün tərəfdaşlar axtarırıq

Biznesin inkişafı üçün tərəfdaşlar axtarırıq

AuctionAuto şirkəti Azərbaycanda ABŞ-dan gətirilən ikinci əl avtomobillərin satışı biznesinin inkişaf etdirilməsi üçün tərəfdaşlar axtarır. Biz xidmət idxalı bazarında 2003-cü ildən fəaliyyət göstərərək, Ukrayna, Belarus, Gürcüstan, Litva, Qırğızıstan, Özbəkistan, ABŞ və Kanadada ofislərə malikik. Biz təkcə əməkdaşlıq üçün açıq olmayıb, həm də gələcək tərəfdaşın personalına təlim keçməyə, qazanc sirləri ilə bölüşməyə və biznesi lazımi məcraya yönəltməyə hazırıq. Biz əməkdaşlıq üçün həmişə açığıq.

Topdan alıcılara biz unikal şərtlər təqdim edirik: hərrac rüsumlarına fərdi tariflər, avtomobilin çatdırılmasında endirim, qapalı hərraclara çıxış və s.

Suallarınızın qaldığı halda, biz onları məmnuniyyətlə cavablandırarıq

Suallarınızın qaldığı halda, biz onları məmnuniyyətlə cavablandırarıq

Telefon rejimində və ya şəxsi görüş zamanı biz aşağıdakıları izah edirik:

  • ABŞ-da ikinci əl avtomobili necə almalı;
  • Copart, IAAI, CARS.com və Manheim sığorta hərraclarında avtomobili necə almalı;
  • Avtomobili Azərbaycana necə çatdırmalı;
  • Hansı avtomobilləri almaq daha sərfəlidir;
  • ABŞ-dan gələn avtomobilinin gömrük rəsmiləşdirilməsini necə həyata keçirməli.

Pulsuz konsultasiya almaq üçün qeyd olunmuş telefonlar vasitəsilə müraciət edin və ya öz sifarişinizi qoyun və biz ən yaxın vaxtda mütləq sizinlə əlaqə saxlayacağıq.