ABŞ-dan bir avtomobil almaq üçün 6 səbəb

Məqalənin məzmunu:

Amerikada çox ucuz avtomobillər fenomeni

Bir çoxlarını Amerikada hərracda avtomobillərin niyə görə belə ucuz olması sualı narahat edir. Bunun bir sıra səbəbləri var.

Birinci səbəb Amerika bazarının dünyada ən iri bazar olmasından ibarətdir. Amerikalıların alıcılıq qabiliyyəti o qədər yüksəkdir ki, onlar çox asanlıqla iki-üç ildə bir dəfə bir neçə avtomobildən ibarət ailə avtoparkını dəyişə bilirlər. Bu ikinci bazara alıcısı olmayan əla texniki vəziyyətdə olan böyük sayda maşının daxil olduğu vəziyyətin yaranmasına gətirib çıxarır.

İkinci səbəb unikal kredit və sığorta təklifləridir. Yaxşı kredit tarixinə malik olan amerikalı istehlakçı yeni avtomobil almaq üçün gülünc 1% illiklə kredit götürə bilər. Bundan başqa, sığorta şərtləri ona ümumiyyətlə YNH və ya digər problemlərlə bağlı narahat olmamağa imkan verir, çünki ilk sığorta hadisəsi baş verdikdə, avtomobil 100% kompensasiya olunur – zərərçəkmişə sadəcə yeni avtomobil verilir, köhnəsi isə sığorta şirkəti tərəfindən utilizasiyaya göndərilir və ya Copart, IAAI.com və ya Manheim sığorta hərracları vasitəsilə satışa çıxarılır.

ABŞ-nin avtomobil hərracları

Üçüncü səbəb istismara buraxılan avtomobillərlə bağlı ciddi tələblərdir. Məsələn, kiçik qəza zamanı maşında heç olmasa bir təhlükəsizlik yastığı işə düşərsə, o avtomatik olaraq, hətta təmirdən və yastıq dəyişdirildikdən sonra belə istifadəyə yararsız olur.

Bu üç başlıca səbəb Amerika bazarının heç kəsə lazım olmayan yaxşı vəziyyətdə avtomobillərlə dolu olmasına səbəb olur. Və onlardan az olsa belə qazanc əldə etmək üçün sığorta şirkətləri onları bizim üçün dəyərindən aşağı qiymətə satırlar. Bəs amerikan maşınları alıcı nöqteyi-nəzərindən hansı üstünlüklərə malikdirlər? Gəlin ardıcıllıqla baxaq.

Qənaət

ABŞ-dan ikinci əl avtomobil almaq pula çox yaxşı qənaət etmək deməkdir. Seqment və vəziyyətində asılı olaraq, ABŞ-dan gətirilmiş, tam hazır maşının və onun Azərbaycan bazarındakı analoqunun qiymət fərqi 50% təşkil edə bilər. Nümunə üçün 2.4 litrlik motora malik və elan olunmuş yürüşü 94 000 km, 2011-ci il istehsalı olan Toyota Camry (40)? üçün Azərbaycanda satıcı $16 700 istəyəcək.

Azərbaycan bazarında böyük maşının qiymeti ABŞ – dan fərqli olaraq daha bahadır.

Öz növbəsində, artıq Bakıya gətirilmiş, gömrük rəsmiləşdirilməsi və təmirdən çıxmış, təsdiq olunmuş yürüşü 75 000 km olan 2.5 litrlik motora malik 2015-ci il istehsalı amerikan Toyota Camry avtomobilinin qiyməti $17 000 təşkil edəcək. Sövdələşmə aparmaq imkanı nəzərə alınmaqla, daha təzə avtomobil sizə eyni qiymətə başa gələcək. Amma söhbət ABŞ-dan birbaşa avtomobil çatdırılmasından gedərsə, bu cür avtomobilin qiyməti $12 500 — $13 000 həddində olacaq.

ABŞ-dan gətirilən Toyota Camry əvvəldən çox əlverişli bir qiymətə sahibdir.

 

Qeyd etmək lazımdır ki, Cadillac ATS, Ford Mustang və s. kimi, Azərbaycanda rəsmi olaraq satılmayan autentik amerikan avtomobillər alış zamanı maksimal fayda gətirir. Ştatlardan artıq tək-tək nüsxələrlə gətirilmiş maşınlar satıcılar tərəfindən çox böyük məbləğə qiymətləndirilir. Bu zaman, ABŞ-dan sifarişlə maşın gətirildikdə, bu cür avtomobilin qiyməti hətta bütün çatdırılma, təmir, rəsmiləşdirilmə və s. xərclərindən sonra belə dəfələrlə kiçik olacaq.

Vəziyyət

Amerikan avtomobillərinin başlıca üstünlüklərindən biri onların vəziyyətidir. Biz artıq demişdik ki, amerikalılar öz avtoparklarını tez-tez dəyişirlər. Sahiblərin üzərinə reqlamentə tam ciddi və yalnız rəsmi TXS-də xidmət göstərmək öhdəliyi qoyan sığorta sistemi də ikinci əl bazara əla vəziyyətdə avtomobillərin düşməsinə öz təsirini göstərir.

YNH və ya digər sığorta hadisələrindən söz getdikdə, burada AuctionAuto şirkətinin menecerləri təmiri çox böyük məbləğə başa gələn avtomobilləri ələməyə məcbur edən qaydası qüvvəyə minir. Başqa sözlə desək, biz adekvat məbləğə asanlıqla aradan qaldırılan minimal zədələri olan avtomobilləri seçirik.

Görünüşündə, avtomobil qorxudan ola bilər. Amma əslində çox həyəcan üçün heç bir səbəb yoxdur.

Amerikada sığorta şirkətləri üçün reputasiya çox vacibdir. Buna görə də, hətta ən cüzi zədələr zamanı belə, maşın, bir qayda olaraq, silinir və hərraca göndərilir. Müvafiq olaraq, siz bir neçə yüz mil yürüşü olan, bamperi dəyişilməklə sakitcə sürülə bilən avtomobil əldə edə bilərsiniz. Təbii ki, daha mühüm zədələr də olur, lakin bu cür avtomobili alıb almamağa artıq müştəri özü qərar verir. Biz müştəriləri zədələrin xarakteri və ağırlığı ilə bağlı istiqamətləndirir, eləcə də təmirin təxmini dəyəri haqqında məlumatlandırırıq. İstənilən halda, son söz həmişə sifarişçinindir.

Bizim heç vaxt etməyəcəyimiz bir şey varsa, o da “suda batmış” və ya “kuklaların” alınmasıdır. Kukla xüsusi dilerlər tərəfindən çox pis vəziyyətdə alınan, tezbazar necə gəldi təmir edilən və artıq tamamilə başqa şəkildə və tamamilə başqa qiymətə təkrar satışa çıxarılan maşınlar adlandırılır. Suda batmış avtomobillər haqqında danışmaq artıqdır. Hamı bilir ki, bu cür maşınları almaq qəti qadağandır.

Böyük seçim

Amerika bazarında bütün emblemli dünya istehsalçılarının böyük miqdarda avtomobili satılır. Copart, IAAI və Manheim üç əsas hərracı üzrə gündəlik satış həcmləri bir neçə yüz min maşına çatır. Yəni, Amerika bazarında istənilən vəziyyətdə, istənilən komplektasiyalı, yürüşlü və istənilən büdcəyə uyğun avtomobil tapmaq olar. Yeri gəlmişkən, ilk növbədə ABŞ bazarında böyük sayda modellər peyda olur, buna görə də sizin hətta Avropa bazarına belə heç vaxt gəlib çıxmayacaq maşını almaq imkanınız var. Müvafiq olaraq, ABŞ-ın ikinci əl avtomobil bazarı istənilən nəqliyyat vasitələrinin böyük seçimini, eksklüzivlik və ən başlıcası əlçatanlıq təklif edə bilər.

Hər gün, on minlərlə avtomobil Amerikanın hərracını buraxır.

Etibarlılıq

ABŞ-dan maşınların daha bir üstünlüyü onların etibarlılığıdır. Amerikalılar xidmətdə sadəlik və yüngüllüyə çox dəyər verirlər. Məsələn, Avropanın  Volkswagen Jetta modeli və onun amerikan analoqu bir birindən kəskin fərqlənir. Avropalı böyük sayda bahalı elektron qurğular, mürəkkəb asqı, şıltaq motor və problemli sürət qutusu ilə təchiz oluna bilər.

Amerika avtomobillərinin vəziyyəti baxım və istismar şərtlərinə görə daha da yaxşıdır.

Amerikanın Jetta modeli eyni opsiyalara malik olacaq, amma onun mühərriki sadə və zamanın sınağından çıxmış, sürət qutusu etibarlı və uzunömürlü, hərəkət hissəsi sadə, amma eyni dərəcədə rahat olacaq. Amerikalılar bir qaydanı dəqiq mənimsəmişlər: nə qədər sadədirsə, bir o qədər etibarlıdır. Amma bir daha vurğulayaq: amerikan avtomobilləri rahatlığına görə avropalılardan geri qalmır, bir çox modellər isə daha zəngin komplektasiyaya malikdir. Amma bu zaman həmin avtomobillər təmir və xidmətlə bağlı çətinlik yaratmırlar. Peşəkar ustalar Amerika avtomobil sənayesini buna görə çox qiymətləndirir.

Bu zaman demək lazımdır ki, ehtiyat hissələrinin böyük əksəriyyəti tam qarşılıqlı əvəz ediləndir. Avropa və ya yapon brendinə aid praktik olaraq istənilən amerikan avtomobilinin zəruri detallarını tapmaq sizin üçün çətinlik yaratmayacaq. Həmçinin bəzi əsl amerikan brendləri də Avropa modelləri ilə unifikasiya olunub. Məsələn, Buick model sırası bütünlüklə alman Opelini təkrarlayır, Dodge isə bir çox məqamlarda Amerikanın Fiat modelinin analoqudur. Cadillaca Fordun detalları ilə sakitcə xidmət göstərilə bilər.

Təmiz tarix

Amerika avtomobillərinin bütün tarixini çox asanlıqla yoxlamaq olar. Avtomobil sığorta şirkətinin adından satılırsa, praktik olaraq istənilən informasiyanı öyrənmək çətinlik yaratmır. Bunun üçün ABŞ-da ABŞ və Kanada ərazisində olan bütün avtomobillərin daxil edildiyi milli CarFax bazası mövcuddur. Bu bazaya avtomobilə dair tamamilə bütün qeydlər daxil edilir:

  • Maşına harada, hansı TXS və nə zaman xidmət olunmuş, hansı işlər yerinə yetirilmişdir;
  • Sığorta şirkətlərindən alınan məlumatlar daxil edilir;
  • Polis hesabatları;
  • Servis mərkəzlərinin mütəxəssislərinin şərhləri;
  • Rəy kampaniyalarının məlumatları və s.

Avtomobilin tarixinin yoxlanması: CarFax (Karfaks)

Maşına dair CarFax texniki hesabatında olduğundan daha tam informasiya tapmaq sadəcə mümkün deyil. Burada sahiblərin sayından və odometrin son göstəricisindən tutmuş sahiblərin bir neçə nəfər olduğu halda, hər sahib üzrə illik orta yürüşədək hər şey göstəriləcək.

Nəticə

Amerika avtomobilləri – ilk növbədə qənaət, etibarlılıq və yaxşı keyfiyyətdir. ABŞ bazarında bir neçə yüz dollardan yüz minlərlə dollaradək ən müxtəlif qiymət diapazonunda praktik olaraq istənilən avtomobili seçmək olar. ABŞ-dan avtomobil alıb Azərbaycana gətirərkən siz daxili bazardakı qiymətlərlə müqayisədə nəzərəçarpacaq qiymət fərqi əldə edəcəksiniz, amma sizin avtomobiliniz daha təzə, az yürüşlü və zəngin komplektasiyalı olacaq.

Şirkətimizin menecerləri hərraclardan birində yoxlamaqla, avtomobil seçməyə kömək edəcək, çatdırılma və sənədlərin rəsmiləşdirilməsini təşkil edəcək, eləcə də gömrük rəsmiləşdirilməsi, sertifikatlaşdırma və təmirdə yardım edəcəklər. Biz həmçinin “açar təhvil” xidməti təklif edir və bu zaman aşağıdakıları həyata keçiririk:

  • Müştərinin istəyi və büdcəsinə uyğun peşəkar seçim;
  • Avtomobilin əvvəlki qəzalar, sahiblərin sayı, yürüşlə və s. bağlı yoxlanması;
  • Quru və dəniz yolu ilə çatdırılmanın təşkili;
  • Bütün zəruri sənədlərin rəsmiləşdirilməsi;
  • Avtomobilin gömrük rəsmiləşdirilməsi;
  • Təmir;
  • Sertifikatlaşdırma;
  • Sertifikatlaşdırma;
  • Sahibinin adına qeydiyyata salınma;
  • Hazır avtomobilin ölkənin istənilən şəhərinə sürülüb gətirilməsi.

Sizə səbirli olmaq və Azərbaycanda öz avtomobilini gözləməkdən başqa heç nə etmək lazım deyil. Gözləmək istəmirsinizsə, siz həmişə artıq mövcud olan avtomobili seçə bilərsiniz. Daha ətraflı informasiya üçün göstərilmiş telefon nömrələri vasitəsilə müraciət edin və ya saytımızda pulsuz sifariş yerləşdirin.

Заказать подбор автомобиля из США

Auksionda yeni təkliflər
Sosial şəbəkələrdə biz
Sonuncu qeydlər