ABŞ-da hərracda avtomobilin alınması prosesin yalnız birinci hissəsidir. İkinci başlıca mərhələ çatdırılmadır. Şirkətimiz yükün mühafizəsi və tamlığına görə məsuliyyət daşımaqla, sənədlərin rəsmiləşdirilməsi və broker-ekspeditor xidmətləri də daxil olmaqla avtomobilin tam çatdırılması siklini təşkil edir. Biz maşınları Azərbaycanın istənilən şəhərinə çatdırırıq.
Azərbaycan ABŞ-dan çox uzaqda yerləşdiyindən, maşının ABŞ-ın ticarət meydançasından Azərbaycana Amerika ərazisi boyu quru yolu ilə, okean vasitəsilə daşınma və minimum bir dövlət sərhədindən keçdikdən sonra gəlib çatdığını nəzərə alaraq, avtomobilin çatdırılması kifayət qədər zəhmət tələb edən prosesə çevrilir. Burada AuctionAuto şirkətinin malik olduğu təcrübə və biliksiz keçinmək mümkün deyil. Avtomobilin ABŞ-dan Azərbaycana çatdırılma müddəti və qiyməti:
Avtomobil hərracda udulduqdan sonra maşının ən yaxın göndərilmə limanına çatdırılması prosesi başlayır. Bir qayda olaraq, maşın avtodaşıyıcıya yüklənir və limana aparılır. Avtomobil limana çatdıqdan sonra, avtodaşıyıcıdan düşürülür və ətraflı fotohesabat tərtib edilir. Bu anadək maşının yüklənəcəyi konteynerdə yer artıq bron edilmiş olur və o Poti (Gürcüstan) limanına göndərilir. Avtomobil Gürcüstana çatdıqdan sonra konteynerdən düşürülür, yenidən ətraflı fotohesabat tərtib edilir, avtodaşıyıcıya yüklənir və Azərbaycana göndərilir. Müştəri hər bir mərhələdə çatdırılmanın proqresi haqqında məlumatlandırılır, eləcə də çəkilmiş fotoşəkillər paketi göndərilir. Sizin saytımızdakı onlayn-servis vasitəsilə avtomobilin yerdəyişməsini müstəqil şəkildə izləmək imkanınız var. Sadəcə avtomobilin VIN-kodunu daxil edin və avtomobilin ABŞ-dan Azərbaycana çatdırılmasını real vaxt rejimində izləmək imkanı əldə edin.
AuctionAuto şirkəti aşağıdakı logistika xidmətlərini təqdim edir: