ABŞ-dan avtomobil alarkən, onun vəziyyəti və tarixinə əmin olmaq lazımdır. Bunu Carfax (Karfaks) xüsusi texniki hesabatının köməyi ilə etmək mümkündür. Karfaks - ABŞ və Kanada ərazisində bütün avtomobillərə dair informasiyanın əks olunduğu milli verilənlər bazasıdır. Bu hesabat ödənişlidir, lakin şirkətimizin müştəriləri üçün tamamilə pulsuz verilir. Texniki hesabata həmçinin ətraflı fotohesabat əlavə edilir.
Karfaks - ABŞ-dan alınan avtomobilə dair ən tam informasiya məcmusudur. Hesabat çox pis vəziyyətdə olan, "qaranlıq" tarixi olan maşınları ələmək, eləcə də maşının foto əsasında qiymətləndirilməsi mümkün olmayan vəziyyətini başa düşmək üçün istifadə edilir. Bu hesabatda servisə müraciətlərdən başlayaraq, YNH və hətta polis protokollarına qədər maşına dair tamamilə bütün məlumatlar əks olunur. Hesabatda bütün məlumatlar servis stansiyaları, avtosalonlar, sığorta şirkətləri, dövlət müəssisələri, polisdən və s. daxil olur. Başqa sözlə desək, hesabat avtomobilə dair yalnız maşının VIN kodunu bilməklə əldə edilə bilən bütün mümkün informasiyanı ehtiva edir. Carfax hesabatı ödənişlidir və $4.95 təşkil edir, lakin AuctionAuto müştəriləri üçün pulsuz verilir, çünki hesabatın sifarişi avtomobilin seçilməsi mərhələsində baş verir.
Hesabatın məzmunu onun oxunmasını asanlaşdırmaq üçün məntiqi bloklara bölünüb. Blokların sayı cəmi beşdir. Onlardan hər birin müəyyən tip informasiyanı ehtiva edir. Bu bloklardan hər birini nəzərdən keçirək.
Bu blok giriş xarakteri daşıyır və maşına dair ümumi informasiyanı ehtiva edir. Bu blok bütün hesabatın kiçik konspekti kimi xidmət edir. Burada sizin üçün maşının texniki xarakteristikalarına dair informasiya və mövcud olduğu halda, kritik mühüm məqamlarla tanış olmaq imkanı var.
Vehicle information və ya nəqliyyat vasitəsi haqqında informasiya – Bu blokda siz avtomobilin markası, modeli, ban və yanacaq növü, ötürücü sistemi haqqında informasiyanı oxuya bilərsiniz. Burada həmçinin maşına dair tam komplektasiyanı göstərən səhifəyə keçid linki var.
Sığorta hərraclarında satılan hər bir avtomobilin mülkiyyət tipi, zədələrin xarakteri və avtomobilin ümumi vəziyyətindən asılı olaraq verilən sertifikatı var (Clean title, Salvage və s.). Sertifikatın tipi Branded Title sətrinin qarşısında göstərilir. Sığorta hərraclarına daha çox Salvage sertifikatına malik avtomobillər - YNH-dən sonra texniki və mexaniki zədələrə malik avtomobillər çıxarılır.
Qeydlərdən hər birini nəzərdən keçirək
Bu blok əvvəlki sahiblər haqqında informasiyanı ehtiva edir. Sahiblər bir neçə nəfər olubsa, blok avtomobilin harada alınması, hansı şəkildə istifadə edilməsi, istifadə müddəti, maşının istismar edildiyi Ştat/şəhər, təxmini illik yürüş və odometrin son göstəricisi haqqında informasiyanı əks etdirən müvafiq sayda sütunlara bölünür.
Bu blok hər bir sahibin ona sahiblik etmə anına nəqliyyat vasitəsinin vəziyyətindən xəbər verir. Hər bir sütun bir sahib üçün nəzərdə tutulub. Bu blokun yuxarısında qırmızı nida işarəsi şəklində nişan görürsünüzsə, bu blokda YNH və ya maşınla bağlı digər xoşagəlməz hallara dair vacib informasiyanın olmasından xəbər verir.
Konkret olaraq bu hesabat nümunəsini nəzərdən keçirsək, görəcəyik ki, birinci sahib tərəfindən istifadə müddətində maşın YNH-də iştirak etməyib. Amma artıq ikinci sahibin dövründə YNH faktı qeydə alınmışdır ki, bu da "Ümumi informasiya"da (Vehicle Report) əks olunur. Maşın Kopart sığorta hərracına düşəndə ona Salvage sertifikatı verilmişdir. Bu sertifikat ABŞ ərazisində maşının təmirinin çox baha başa gələcəyi və buna görə satılmasının daha münasib olduğundan xəbər verir. Bundan başqa, hərfi olaraq "bərpa olunması mümkün deyil" kimi tərcümə edilən Total Loss Reported statusuna diqqət yetirin. Detallara vardıqda isə başa düşmək olar ki, maşının təmiri o qədər də qeyri-rentabel deyil, Total Loss Reported isə ABŞ-da ictimai yollarda istifadəyə buraxılan avtomobillərin texniki vəziyyəti ilə bağlı ciddi tələblər səbəbindən verilib. Qəza zamanı maşında təhlükəsizlik yastığı işə düşdüyündən, avtomobil avtomatik olaraq sonrakı istifadə üçün yararsız hesab edilir. Beləliklə də, ABŞ-da bərpa edilməyən bilməyənlər Azərbaycanda bir neçə saata və bir neçə yüz dollara aradan qaldırılır.
Sonuncu blokda siz avtomobilin keçmiş sahibləri ilə bağlı bütün informasiya ilə tanış ola bilərsiniz. Söhbət alınma tarixi, sahibinin dəyişməsi anında avtomobilin nə qədər yol qət etməsindən gedir. Həmçinin burada məlumat mənbələri, eləcə də maşının əvvəlki sahiblərindən daha ətraflı danışan digər məlumatlar verilir. Bu blokda xidmət mənbələri, hansı işlərin yerinə yetirildiyi göstərilib. Həmçinin sığorta şirkətlərinin məlumatları, polis protokollarını və s. oxumaq olar.
Xeyr. Carfax texniki hesabatı - ABŞ-ın əqli mülkiyyətidir. Hətta internetdə pulsuz hesabatlara dair təkliflər tapsanız belə, siz birinci blokda əks olunan ümumi informasiya alacaqsınız. Başqa sözlə desək, avtomobilin tarixi haqqında konkret heç bir şey əldə etməyəcəksiniz. AuctionAuto şirkətindən pulsuz hesabatı yalnız onu əvvəlcədən aldığımız üçün əldə edə bilərsiniz. Yadda saxlayın, Carfax (Karfaks) - Amerika Birləşmiş Ştatlarının dövlət səviyyəsində qoruduğu xüsusi mülkiyyətidir. O apriori olaraq pulsuz ola bilməz.
Suallarınıza cavab tapmamısınızsa, sizə uyğun olan istənilən üsulla mütəxəssislərimizə müraciət edin. Biz Karfaks texniki hesabatını əvvəlcədən öyrənmədən avtomobil almırıq, buna görə də ABŞ hərraclarında bizim avtomobil seçimimizin keyfiyyətinə əmin ola bilərsiniz. ABŞ-dan Azərbaycana avtomobil alıb gətirmək istəyirsinizsə, sizə kömək etməyə şad olarıq.